Seymur Orucov: "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimiz fəal iştirak edir"

"Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimiz fəal iştirak edir". Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, xüsusilə Qarabağ həqiqətləri barədə həqiqətlər Avropaya, dünya ölkələrinə yayılmalıdır. Onun sözlərinə görə, bu işdə gənclərimiz vacib rol oynayırlar. "Yəni, Azərbaycanın dünyada tanınmasında gənclərimiz hər zaman fəal olmalıdırlar. Bunun üçün dövlətimiz gənclərə bütün şəraiti yaradıb. Dövlətimizin gənclərə qayğısı gənclərin ictimai fəallığının artmasına, intellektual, fiziki və mənəvi inkişafına öz töhfəsini verməkdədir. Bu yöndə dövlət siyasətinin məqsədi də Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır", - deyə, S.Orucov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə