Xəzər sammitinin tarixi və yeri açıqlanıb

Beş Xəzəryanı dövlətin sammiti avqustun 12-də Aktauda keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.

Onun sözlərinə görə, bütün dövlətlər diplomatik kanallar vasitəsilə artıq V Xəzər sammitindəki iştirakını təsdiqləyib.

Qeyd edək ki, bu sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə