Səndən nigaranam bilirsən necə?

Darıxır köksümdən çıxacaq ürək.

Yuxuma gəlmişdin dünənki gecə,

Bütün gün köksümü sıxacaq ürək.

Hərdən yoxluğunun nisgili gəlir,

Nə yerə sığıram,nədə ki,göyə.

Ovçunun nişanı hədəfi dəlir,

Qoymayır xoşbəxtlik libasın geyə.

Vəfasız deyiləm deyirdin bir vaxt,

Nə oldu,bəs niyə tərk etdin məni?

Yoluma çiçəklər düzərdin bir vaxt,

Yarımçıq qoyarmı sevən-sevəni.

Bəxtimin gözü kor sən gedən gündən,

Günəş də şəfəqin salmır üzümə.

Əllərim soyuyub köçüb gedəndən,

Hələ gəlmirəm inan özümə.

Şəfa Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə