Cənab İlham Əliyevin növbəti inamlı qələbəsinə ithaf olunur ŞEİR

Prezident seçilməsi münasibətilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin növbəti inamlı qələbəsinə ithaf edirəm.

Göylər fişəng-fişəng alışsın, yansın,

Hər kəs qoy özünü bəxtiyar sansın.

Nadanlar gücünü görüb də qansın,

Yolun haqq yoludur, sarsılan deyil!

Qarşında baş əyir vüqarlı dağlar,

Daha bizimlədir fərəhli çağlar.

Xalq ilə aranda qırılmaz bağlar

Fələyin əlilə açılan deyil!

Günəşsən nur saçan, parlayan, sönməz,

Xalq üçün döyünən ürəklər ölməz,

Əhdimiz əbədi, əhdimiz dönməz,

Könül öz canından ayrılan deyil!

Bir şərqi oxuyum bizim ellərə,

Qonsun dodaqlara, qonsun dillərə.

Neçə fəsillərə, neçə illərə

Nəğməmin ahəngi yenilən deyil!

Göylər ulduzunu yoluna sərdi,

Bayrağın havanı yarıb yüksəldi.

Eşqimiz sevginlə cövlana gəldi,

Məhəbbət meydanı daralan deyil.

Vüqarlı, bitsə də sözünün bəndi,

Haqdan kəsilməsin şəkəri, qəndi.

Könül İlhamını seçdi, güvəndi,

Bu peyman əbədi pozulan deyil!

Elmar Vüqarlı

Azərbaycan Yazıçılar Birliyin üzvü,

Prezident təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...