İlham Əliyevə gəlin səs verək! Şeir

Vətən danılmayan varlığımızdır,

Hər daşı, qayası solmayan çiçək.

Xoşbəxt gələcəyə qovuşmaq üçün

İlham Əliyevə gəlin səs verək!

Məramı ucadır, niyyəti uca,

Vüqarı dağlardan qocadır qoca,

Düşmənin belini tamam qırınca

İlham Əliyevə gəlin səs verək!

Namərd hiylə qurur bizə hər yanda,

Belə bir zamanda, belə məkanda

Sipər yaratmaqçün Azərbaycanda

İlham Əliyevə gəlin səs verək!

O, Heydər oğludur, Xalqın oğludur,

Əməli uludur, yolu uludur,

Yaradan uludur, quran uludur,

İlham Əliyevə gəlin səs verək!

Könül verməlidir hər bir kəs ona,

Nadanlar girməsin gündə min dona,

Qarabağ savaşı yetməyib sona,

İlham Əliyevə gəlin səs verək!!

Dağılsın başlardan dumanlar tamam,

Qırılarmı Sənə bəslənən inam?

Xalqın adı ilə yaşayır İlham,

Xalqın adı ilə yaradır İlham,

Bu eşqə, amala, səsə səs verək,

Müqəddəs Ocağa yenə köz verək,

Rəhbərin önündə buna söz verək!

İlham Əliyevə gəlin səs verək!

İlham Əliyevə gəlin səs verək!

ELMAR VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...