“Öpdüm Arazı” kitabının təqdimatı olub

Fevralın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Tehran Universitetinin Azərbaycan dili və tarixi kafedrasının müəllimi, şair Aqşin Ağkəmərlinin "Öpdüm Arazı" kitabının təqdimatı keçirilib. Kitab Bakıda "Elm və Təhsil" nəşriyyatında çap olunub.

AYB-in şöbə müdiri Sayman Aruz müasir düşüncə tərzinə və milli təəssübkeşliyə malik Aqşin Ağkəmərlinin yaradıcılığından danışıb. O bildirib ki, bu nəşr "Dənizdən bir damla", "Dondurmaçı", "Bizi yaşadan tarix", "Söyüd ağacı", "Şəngül, Məngül", "Kibritçi qız" kitablarından sonra müəllifin oxucularla yeddinci görüşüdür. Bu topluda şairin son dövrlərdə yazdığı şeirləri toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə