Bərdə və Tərtərdə qaz təchizatında fasilələr yaranacaq

Bu gün Bərdə və Tərtərdə bir qrup abonentin qaz təchizatında fasilələr yaranacaq.

“Azəriqaz” İB-dən SİA-ya verilən məlumata görə, oktyabrın 22-də saat 10:00-dan “Qaz İxrac” İdarəsi “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 43-cü km-də yerüstü kanal keçidində aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verir. Bərdə və Tərtər rayonlarının bir qrup abonenti bu müddətdə qazı fasilələrlə alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...