Gənc teatrşünas avtomobil qəzasında ölüb

Teatrşünas Niyaz Cəfərov avtomobil qəzasına düşərək dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə onun bacısı məlumat verib.

Gənc teatrşünas bu gün Yasamal qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Niyaz Cəfərov "Kaspi" qəzetinin "Teatr əlavəsi"nin yazarı idi. Ailəli olan Niyaz Cəfərovun körpə qızı var.

Allah rəhmət eləsin! (report)

Bütün xəbərlər Facebook səhifəmizdə