Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərinin Ukraynaya silah almaq üçün istifadəsinə qarşı olan ölkələri Kiyevə humanitar yardım göstərməklə məhdudlaşdırmağa dəvət edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” diplomatik dairələrdəki mənbələrə istinadən yazır.
Nəşrin mənbələrinin bildirdiyinə görə, belə bir təklif assosiasiyaya üzv olan 27 ölkənin səfirlərinin görüşü ərəfəsində edilib və bu görüşdə Avropa İttifaqı Şurasında Belçika sədrliyi Ukraynanın maliyyələşdirilməsinin qarşısının alınmasına dair saziş bağlamağa ümid edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə