Türkiyə kubokunda ilk finalçı bilindi

Türkiyə kubokunda ilk finalçı müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu, "Beşiktaş"dır. İstanbul təmsilçisi yarımfinal cavab oyununda "Ankaragücü"nü 1:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında ilk görüşdə 0:0 hesabı qeydə alınmışdı.

"Beşiktaş" - "Ankaragücü" - 1:0
Qola
: Muçi, 70

Qeyd edək ki, kubokda ikinci finalçı "Fatih Karagümrük"lə "Trabzonspor" arasında keçiriləcək matçdan sonra müəyyənləşəcək. Final görüşü mayın 23-ü oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə