Qusar sakini dəm qazından boğularaq ölüb

Qusar rayon sakini dəm qazından boğularaq ölüb. SİA-nın məlumatına görə, Qusar şəhər sakini, 1992-ci il təvəllüdlü Sevda Bədəlova hamam otağında dəm qazından boğulub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə