Zaqatalada 15 nəfər dönərdən zəhərlənib.

Zaqatalada 15 nəfər dönərdən zəhərlənib.
...Zəhərlənən şəxslərin hamısı şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, hazırda zəhərlənən şəxslərə Zaqatala Rayon Mərkəzi Xəstəxanasıda tibbi yardımlar göstərilir.

Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bildirilib ki, onlardan 5-i uşaqdır:

“Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com