"Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub

"Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub. SİA-nın məlumatına görə, final matçında komanda “Baku Fire”la üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan görüşün əsas hissəsi 5:5 hesabı ilə yekunlaşdığından komandalar əlavə vaxt oynayıblar. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub.

Burada isə “Araz-Naxçıvan” rəqibini 5:4 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə