Tərtərdə məktəblilərin davasından sonra ölüm faktı ilə bağlı cinayət işi başlanılıb

Tərtərdə mayın 6-da iki məktəbli arasında davadan sonra ölüm faktı ilə əlaqədar cinayət işi başlanılıb. SİA-ya Baş prokurorluqdan daxil olan məlumata əsasən, iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan biri huşunu itirib və aparıldığı xəstəxanada ölüb.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə