Ukraynada yeni ordu növü yaradılır...

Ukrayna Nazirlər Kabineti Ukrayna Silahlı Qüvvələrində ayrıca qoşun növlərinin - Pilotsuz Sistem Qüvvələrinin yaradılması haqqında prezidentin fərman layihəsini dəstəkləyib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Umerov bu barədə Facebook səhifəsinə məlumat verir.

...Pilotsuz Sistemlər Qüvvələri havada, quruda və dənizdə pilotsuz sistemlər vasitəsilə bütün səviyyələrdə düşmən üzərində döyüş imkanlarımızdan və texnoloji üstünlüyümüzdən səmərəli istifadə etmək üçün müasir və zəruri həll yoludur. Bu təşəbbüsü həyata keçirmək üçün Müdafiə Nazirliyi Ukraynanın müvafiq qanun layihəsini hazırlayıb hökumətin iclasına təqdim edəcək

Umerov yazıb bunu.

Onun sözlərinə görə, pilotsuz sistemlərdən ibarət qüvvələrin yaradılması cəbhədə Ukrayna hərbçilərinin müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək.

Bundan əvvəl Zelenski Nazirlər Kabinetinə və Baş Qərargaha Ukrayna Silahlı Qüvvələrinin strukturunda ayrıca qüvvə növü kimi pilotsuz sistemlərin yaradılması məsələsini hazırlamağı tapşırmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə