Bakıda avtomobili səkidə idarə edən sürücü saxlanılıb

Avtomobini səkidə idarə edən sürücü həbs edilib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən SİA-ya verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə