Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

SİA xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sabah” və “Xırdalan” komandaları üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində oynanılan görüş birincilərin 101:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında ikinci matç mayın 10-da baş tutacaq.

Qeyd edək ki, yarımfinalın digər matçı mayın 8-də “NTD-İndiqo” və “Xəzri” arasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə