Peskov xüsusi hərbi əməliyyatın ilkin məqsədini açıqlayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyası özünü və gələcək nəsilləri NATO və Kiyevdən gələn təhdidlərdən qorumaq üçün xüsusi hərbi əməliyyata başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Britaniyanın Sky News telekanalına verdiyi şərhdə danışıb.

Mətbuat katibinin sözlərinə görə, xüsusi hərbi əməliyyatın vəzifəsi öz məqsədlərinə nail olmaqdan əlavə, təhlükəsizlik arxitekturasını, həmçinin Şimali Atlantika Alyansı və Ukraynadan gələn təhdidlərdən qorumaqdır.

Bundan əvvəl Dmitri Peskov demişdi ki, gec-tez xüsusi hərbi əməliyyat Rusiya üçün uğurla başa çatacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə