Afrikalı tələbə “Əbədi məşəl” hörmətsizlik edib və...

...Afrikalı tələbə Zibe Tionqe Xantı-Mansiyskdəki “Əbədi məşəl”də tverk etdiyinə görə 1 il şərti həbs cəzasına məhkum edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Xantı-Mansiysk Muxtar Dairəsi - Uqra məhkəməsinin mətbuat xidməti bildirib.

İstintaqın məlumatına görə, 2022-ci il aprelin 16-da qız Böyük Vətən Müharibəsi qəhrəmanlarının abidəsi yanında rəqs edib və videonu internetə yerləşdirib.

Məhkəmə Tionqeni internet də daxil olmaqla informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nasizmi reabilitasiya etməkdə - Rusiyanın hərbi şöhrətinin simvollarını təhqir etməkdə ittiham edib.

Sonradan bir illik sınaq müddəti ilə əvəz edilən şərti cəzaya əlavə olaraq, tələbə Tionqa hər hansı materialı internetdə yerləşdirməyi və sosial şəbəkələrdən istifadə etməyi də qadağan edilib.

SİA-nın əlavəsi, tverk, omba və omba hərəkətlərinin aktiv şəkildə istifadə edildiyi rəqs növüdür...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə