Qırğızıstan və Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma baş verib. SİA-nın əldə etdiyi məlumata görə bu barədə RİA Novosti-yə Qırğızıstan sərhəd xidmətinin mətbuat mərkəzindən bildirilib.

Hadisə yerli vaxtla təxminən 12:20-də Batken vilayətinin Leylek rayonunun Ak-Bosoqo kəndi yaxınlığında baş verib. Qırğızıstan ərazisində dövlət sərhəd xəttinin 250-300 metrliyində sərhədçilər mal-qara otaran Tacikistan vətəndaşlarını görüblər. Onlardan tərəflərini dəyişmələri istənilib, lakin onlar buna məhəl qoymayıblar və əsgərlərə daş atmağa başlayıblar.

...Çobanlardan biri Qırğızıstan sərhədçisinə iki və ya üç dəfə atəş açıb.

Bu sərhəd idarəsindən bildirilib.

Bununla əlaqədar olaraq sərhədçilər vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün havaya bir neçə dəfə xəbərdarlıq atəşi açmalı olublar.

Bundan sonra çobanlar Tacikistan ərazisinə qayıdıblar. Sərhədçilərdən heç biri xəsarət almayıb. Tacikistan vətəndaşlarından birinin ayağından yaralandığı bildirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə