“Volleyball” turnirinin final mərhələsi keçirilib - FOTOLAR

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş, Xəzər rayonu orta ümumtəhsil məktəbli qızları arasında “Volleyball” turnirinin final mərhələsi keçirilib. SİA xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda finala vəsiqə alan 117 saylı tam orta məktəb və 156 saylı tam orta məktəb mübarizə aparıb. Yekun nəticədə 156 saylı tam orta məktəb qalib gələrək 1-ci yerə layiq görülüb.

Bağlanış mərasimində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək mükafatçıları təbrik edib.

Daha sonra qaliblər mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə