Putin internetdə törədilən cinayətlərlə mübarizə sistemi yaratmağı tapşırıb

Rusiya prezidenti Vladimir Putin internet vasitəsilə törədilən cinayətlərə qarşı mübarizə sisteminin yaradılmasına göstəriş verib.

…Aşağıdakı hədəf və vəzifələr qoyulsun... informasiya və telekommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərə qarşı səmərəli mübarizə sisteminin yaradılması və onların vurduğu zərərin azaldılması…

SİA-nın əldə etdiyi məlumata görə, bu dövlət başçısının tapşırıqlarının siyahısında deyilir.

Bundan əlavə, "Rusiya Federasiyasının 2030-cu ilə qədər və 2036-cı ilə qədər gələcək üçün milli inkişaf hədəfləri haqqında" fərmanın bir hissəsi olaraq, Putin minimum əmək haqqının sürətləndirilmiş şəkildə artırılmasını əmr edib.

Prezident ölkədə yoxsulluğun səviyyəsinin aşağı salınması ilə bağlı da göstəriş verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə