ABŞ İsrailə silah satışını təxirə salır

Vaşinqton İsrailə dəqiq idarə olunan silahların satışını təxirə salıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, söhbət idarə olunan qurğuların satışından gedir.

Bildirilir ki, ABŞ Konqresinə 260 milyon dollarlıq sövdələşmə barədə yanvar ayında məlumat verilib, lakin qanunvericilər heç vaxt rəsmi bildiriş almayıb. O vaxtdan bəri ABŞ prezidenti Co Baydenin administrasiyası satışı həyata keçirmək üçün lazımi tədbirlər görməyib.

Konqresdəki mənbə satışın niyə gecikdirilməsinin səbəblərini açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə