UNİCEF: ''Rəfahdakı uşaqlar üçün atəşkəsə ehtiyacımız var''

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder İsrailin hücumlarına məruz qalan Qəzzanın Rəfah şəhərindəki uşaqların öldürülməməsinin vacibliyini vurğulayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
''Rəfahdakı uşaqlar üçün atəşkəsə ehtiyacımız var'',-deyə Ceym Elder vurğulayıb.
Ceyms Elder və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Ofisinin sözçüsü Ravina Şamdasan BMT-nin Cenevrədəki ofisində keçirilən həftəlik mətbuat konfransında İsrail ordusunun Rəfaha qurudan hücumu məsələsini qiymətləndiriblər.
Ceyms Elder Rəfahın ''uşaq şəhəri'' olduğunu və Qəzzadakı uşaqların yarısından çoxunun burada yaşadığını deyib.
Refahda yaşayış səviyyəsinin çox pis olduğuna diqqət çəkən Ceym Elder deyib:"Rəfəhdə hər 850 nəfərə bir tualet düşür. Rəfah sərhəd-keçid məntəqəsi uzun müddət bağlı qalsa, Qəzzada aclığın qarşısının necə alınacağını görmək çətin olacaq".
Ceyms Elder Qəzzada uşaqların öldürülməsinin həftə sonu da davam etdiyini və İsrailin Rafahdakı mülki şəxslərin təxliyə edilməsini tələb etdiyini xatırladıb.
Qəzzaya böyük miqdarda yardım göndərilməsinin vacibliyini vurğulayan Ceym Elder deyib:'' Rəfah şəhəri işğal edilməməli və uşaqlar öldürülməməlidir''.
Şamdasan isə öz növbəsində deyib ki, Rafahda insanların məcburi köçkün vəziyyətinə düşməsi beynəlxalq hüquqa ziddir.

Bütün xəbərlər Facebook səhifəmizdə