Kadırov Putinin “inaqurasiya mərasimində” ayaq üstə dura bilməyib

Kadırov hətta pencəyini belə çıxara bilməyib - onun səhhətinin pisləşməsindən yazırlar

Son vaxtlar səhhəti ilə bağlı kifayət qədər tutqun söz-söhbətlər dolaşan Çeçenistan rəhbəri Ramzan Kadırov, Putinin inaqurasiya mərasimində ayaq üstə dayana bilməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, RBC Kadırovla bağlı foto yayımlayıb.

Bundan əlavə, internetdə xeyli şişmiş Kadırovun üst paltarını soyuna bilmədiyini əks etdirən yorğun və qüssəli görüntüləri yayılıb.

Belə bir "ağır" işin öhdəsindən gəlmək üçün ona iki köməkçi yardım edir.

Qeyd edək ki, əvvəllər Rusiya Federasiyasının müxalifət mediası Çeçenistan rəhbərinin guya ölümcül xəstə olduğunu dəfələrlə yazıb. Kadırov buna cavab olaraq istər idman zalından, istərsə də qaçışdan müxtəlif videolar yayımlayıb və orada səhhətinin guya yaxşı olduğunu sübut etməyə çalışıb.

Amma...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə