Hava limanı yolunda tıxac: qəzada 2 nəfər öldü FOTOLAR

17.07.2017 tarixində səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib.

BNA-dan SİA-ya verilən məlumata görə, hava limanı istiqamətində hərkət edən "Daewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirində avtomobillər "VAZ-2107" markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsarət almayıb. Lakin "Daewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb.

Qeyd edək ki, hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.

loading...