Azərbaycan kinosunda istifadə olunan geyimlərdən, tarixi əşyalardan ibarət sərgi açılacaq. SİA-nın məlumatına görə, bu barədə “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov məlumat verib.

Onun sözlərinə görə, sərgidə “Azərbaycanfilm” kinostudiyasında qorunub saxlanılan geyimlər və Dövlət Film Fondunda ötən əsrdəki film çəkilişlərində istifadə olunan əşyalar nümayiş etdiriləcək.

Qeyd edək ki, oktyabrın 9-da Dövlət Film Fondunda açılan “Keçmişdən səslər” retro kinotexnika sərgisində 60-70-ci illərin kino çəkilişi meydançasında istifadə olunan 100-dən artıq avadanlıq sərgilənib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...