Fransada sanitar buraxılışlara qarşı aksiya

Fransada sanitar buraxılışlara qarşı keçirilən etiraz aksiyalarında 40 minə yaxın insan iştirak edib.

SİA xəbər verir ki, bu barədə "Agence France Presse" agentliyi Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, ölkənin müxtəlif hissələrində baş tutan 171 etiraz aksiyası keçirilib. Paytaxt Parisdə keçirilən aksiyalarda 5 min nəfər iştirak edib.

Qeyd edilir ki, aksiyaların əksəriyyəti insidentsiz keçib, bir neçə şəhərdə isə polis əməkdaşları müdaxilə edib, lakin xəsarət olan omayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...