Rusiya və Türkiyə problemi həll etdi

Türkiyə və Rusiya ordu rəsmiləri, Suriyanın YPG/PKK terror təşkilatı və Əsəd rejiminin qara təbliğatının mərkəzi olan Suriyanın Hasəkə vilayətində elektriklə bağlı su probleminin həlli üçün razılıq əldə ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə və Rusiya hərbi heyəti uzun müddətdir ki, elektriklə bağlı su problemini aradan qaldırmaq üçün danışıqlar aparırdılar.

Bu çərçivədə, Rusiya hərbi heyəti Türk hərbi heyəti ilə birlikdə "Barış Pınarı" Əməliyyatı bölgəsindəki Allouk Su Təsərrüfatı və Mebruke Elektrik Stansiyasını ziyarət edib. Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasındakı koordinasiya və əməkdaşlıq sayəsində "Barış Pınarı" Əməliyyatı bölgəsində yaşayan 200 min vətəndaş elektrik enerjisi alıb və Haseke-Tel Temir xəttindəki insanlar içməli suya qovuşub. Suriya xalqının daha çox su və elektrik enerjisinə sahib olmasını təmin etmək üçün iki tərəf Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın artırılması barədə razılığa gəlib.

Xatırladaq ki, YPG/PKK terror təşkilatı Suriyada işğal etdiyi bölgələrdə ələ keçirdiyi strateji enerji qaynaqlarını siyasi olaraq istifadə edir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə