Qızıl şəhər - qızıl qiymət - MARAQLI FAKTLAR

Dubayın zərgərlik bazarı bir əsrdir ki, ədviyyat, inci və qızıl tacirlərinin tez-tez ziyarət etdiyi bir yerdir. Ticarət şəbəkəsi o qədər güclüdür ki, artıq Dubay "Qızıl Şəhəri" kimi tanınmağa başlayıb. Rəsmi rəqəmlərə görə, qızılın ticarət həcmi 2020-ci ilin ilk 9 ayında 41 milyard avroya çatıb.

Qızıl neftdən sonra ən qiymətli ixracat məhsuludur. Şəhər coğrafi quruluşunun üstünlüyündən istifadə edərək qızıl ixracını zərgərlik sənətinə çevirib qiymətli materialdan gəlir əldə etməyə başlayıb.

Qızıl zavodda təmizlənir və külçə halına çevrilir. Təchizat banklara olduğu kimi zərgərlərə də verilir. Bütün bu əməliyyatlar bu mərkəzdə aparılır. Qızılın daşınması, sertifikatı və keyfiyyətinə nəzarət də məsuliyyət daşıyır.

SİA-nın xarici mənbəyə istinadən verdiyiu məlumata əsasən, "El Ethiad" Qızıl Emalı Zavodunun sahiblərindən biri Salah Xalaf, qızılla əlaqəli bütün prosesin möhkəm bir təhlükəsizliyə sahib olan bu şəhərdə olduğunu söyləyir: "Hər kəsə yalnız qızıl saxlamağı tövsiyə edirəm".

Bazarda 40-50 ton qızıl var.

Şəhərin bünövrəsi 1955-ci ildə ən böyük toptan satış işi ilə məşğul olan Abdullah ailəsi tərəfindən qurulub. Cavharadaki şirkət, qızıl, zərgərlik və almaz ticarətində ixtisaslaşıb.

"Jawhara Dubai Jewellery Group"-un sədri Tavhid Abdullah, istər topdan və pərakəndə satış bazarında bazarda 40-50 ton qızıl olduğunu söyləyib: "Çox sayda olduğuna görə qiymətləri də endirə bilərik. Axı dünyanın ən rəqabətli sənayesidir"

Şəhərdəki zərgərlik və qızıl sektoru effektiv şəkildə idarə olunur. Qeyri-kommersiya məqsədli "Dubai Gold və Jewelry Group"-un 700 üzvü var.

Hər il dünyanın qızıl ehtiyatlarının yüzdə 20-40 faizi Dubaydan keçir. Və əksəriyyəti qızıl bazarlarında yerlərini tutur. Yalnız 1 kvadrat kilometrlik ərazidə 300 mağaza var. Dubayda birja 06:00-dan 23:00-a qədər açıq olduğundan qızıl alverçiləri də bu saat dilimindən faydalanırlar. Avstraliyadan ABŞ-ın qərbinə qədər bütün zaman zonalarını əhatə edən nadir mübadilələrdən biridir.

Cəlbedici qiymətlər qızıla marağı artırıb.

"Rhodes Precious Metals Consultancy"nin qurucusu Cefrey Rodos, sənayenin uğur hekayələrinin arxasında şəhərin infrastrukturunu idarə edən liderlərin durduğuna inanır.

Rodosun fikrincə, digər bir amil də qiymətlərdir: "Çünki dünyanın ən ucuz qiymətinə qızıl ala biləcəyiniz bir yerdir.

Dubayda turistlərdən gələn qızıl üçün gömrük vergisi yoxdur.

Epidemiyada hər sektorda olduğu kimi zərgərlik məhsullarına tələb azalıb. Ancaq 2020-ci ilin son rübündə qızıl ticarəti yenidən sürət qazandı və Dubay bu tendensiyanın davam edəcəyinə inanır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə