Türkiyənin müdafiə naziri Şanlı Urfadadır

Milli Müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyətinin Şanlı Urfada toplantısı keçirilib. SİA xəbər verir ki, hazırda Türkiyədə ən aktual mövzu Suriyanın sərhədboyu ərazilərində təhlükəsizlik zonasının qurulmasıdır.

Türkiyə tərəfi tələb edir ki, bu bölgə bütün terrorçu qruplaşmalardan dərhal təmizlənməlidir. Bunun üçün Türkiyə və ABŞ hərbçilərindən ibarət heyətin iştirakı ilə Birgə Hərəkət Mərkəzi (BHM) qurulub. BHM iki ölkənin hərbi gücünün tətbiqi ilə Suriya ərazisində Fərat çayının şərqini terrorçu qüvvələrdən təmizləməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə