ABŞ Dövlət Departamenti Meksikanın "Xalisko Yeni Nəsil" narkokartelinin rəhbərləri barədə məlumat verən şəxslərə 102 milyon dollaradək mükafat ödəməyə hazır olduğunu açıqlayıb. SİA xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib. Vaşinqton kartel liderlərinin həbsinə və ya təqsirlərinin sübuta yetirilməsinə imkan verəcək məlumatlar üçün mükafat təyin edib.
Dövlət Departamentindən bildirilib ki, məqsəd ABŞ vətəndaşları üçün təhlükə yaradan narkoterrorçu qruplaşmaları məhv etməkdir. Kartelin ABŞ-yə qanunsuz narkotik tədarükü ilə məşğul olduğu qeyd olunub.
Bundan əlavə, ABŞ kartellə əlaqəli 65 şəxsə qarşı viza məhdudiyyətləri tətbiq edib. Daha əvvəl isə kartelin beş rəhbərinə qarşı ittiham irəli sürülüb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB