...İranın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyi ABŞ-ın nüvə proqramı ilə bağlı MAQATE İdarə Heyətinə təqdim etdiyi qətnamə layihəsini kəskin tənqid edib. SİA bu barədə xarici saytlara istinad edir.
İran tərəfi vəziyyəti tamamilə absurd adlandıraraq, İranın dinc nüvə fəaliyyəti ilə bağlı qətnamənin "təcavüzkar ölkə" tərəfindən təqdim edildiyini qeyd edib.
...Onlar (ABŞ - red.) özləri yaratdıqları problemlərə görə timsah göz yaşları tökürlər və İranı “əməkdaşlıq etməməkdə” ittiham edirlər, çünki onların təcavüzü MAQATE-nin sözdə “məhv edilmiş ərazilərdə” təminatlarının tətbiqini faktiki olaraq, məntiqi və hüquqi cəhətdən qeyri-mümkün edir, - deyə İranın Daimi Nümayəndəliyinin rəsmi sosial media hesabında dərc olunmuş bəyanatda bildirilir.
Tehran həmçinin qeyd edib ki, ABŞ eyni zamanda İrana qarşı təcavüz və təhdidlərini davam etdirir və bunlardan biri ABŞ prezidenti Tramp tərəfindən qətnamə layihəsinin Vyanada qeyri-rəsmi şəkildə yayıldığı gün səsləndirilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB