Aİ Rusiyanın neft gəlirlərinin qarşısını almaq üçün bir yol axtarır...

Avropa 21-ci sanksiyalar mərhələsinə hazırlaşır...

...Avropa Birliyi, qlobal qiymətlərin artması fonunda avtomatik olaraq yüksəlməsinin qarşısını almaq üçün Rusiya neftinin qiymət limitini müvəqqəti olaraq dondurmağı düşünür.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazır.

Mövcud qaydalara əsasən, qiymət limitinə hər altı aydan bir baxılır və Urals markalı xam neftin orta qiymətindən təxminən 15 faiz aşağı səviyyədə müəyyən edilir.

İyul ayında qiymət ən azı bir barel üçün 65 dollara qədər yüksələ bilərdi.

Avropa Komissiyası Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq üçün onu təxminən 44,10 dollar səviyyəsində saxlamağı təklif edir.

Təşəbbüs, Rusiyaya qarşı 21-ci Aİ sanksiya paketinin bir hissəsi olaraq müzakirə olunur.

Qiymət limitinin dondurulması ilə yanaşı, üçüncü ölkələr vasitəsilə məhdudiyyətlərin aşılmasına qarşı nəzarətin gücləndirilməsi tədbirləri də nəzərdən keçirilir.

Diqqət mərkəzində banklar, neft treyderləri, neft emalı zavodları və kriptovalyuta əməliyyat operatorları ola bilər. Sanksiya siyahısının təxminən 20 yeni Rusiya qurumu və fərdi ilə genişləndirilməsi də müzakirə olunur.

Bundan əlavə, məhdudiyyətlərin mayeləşdirilmiş təbii qazın daşınması ilə məşğul olan gəmilərə də şamil edilməsi təklif olunur.

Mənbələrə görə, AB daxilində üzv dövlətlərlə danışıqlar davam edir və G7 ölkələrinin razılaşdırılmış mövqeyi olmadan dənizdə neft xidmətlərinin tamamilə qadağan edilməsi məsələsi mübahisəli olaraq qalır.

Bu müzakirələr fonunda Ukrayna neft emalı zavodlarındakı ikinci dərəcəli qurğular da daxil olmaqla, Rusiyanın neft emalı infrastrukturuna hücumları gücləndirib ki, bu da yanacaq bazarına daha da təsir göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə