Türkiyə Statistika Qurumu (TÜİK) 2025-ci il üzrə kino və səhnə sənətləri statistikasını açıqlayıb. Məlumata görə, ölkədə fəaliyyət göstərən sinema salonlarının sayı 2 min 161, ümumi oturacaq sayı isə 253 min 364 olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2025-ci ildə sinemalarda ümumilikdə 771 film nümayiş etdirilib. Bunlardan 417-si ilk dəfə göstərilib və onların 159-u yerli, 258-i xarici istehsal olub. Sinema tamaşaçılarının sayı əvvəlki illə müqayisədə 15 faiz azalaraq 27 milyon 657 min 591 nəfərə enib.
2024–2025 teatr mövsümündə teatr salonlarının sayı 1 101, oturacaq sayı isə 494 min 184 olub. Teatrlarda tamaşaçı sayı 8 milyon 183 min 257 nəfərə çatıb. Dövlət Teatrları mövsüm ərzində 237 əsər səhnələşdirib və 1 milyon 951 min tamaşaçı qəbul edib.
Hesabata görə, opera və balet tamaşaçılarının sayı 16,5 faiz artaraq 511 min 376 nəfər olub. Orkestr, xor və kollektivlərin tamaşaçı sayı isə 11 faiz azalaraq 436 min 227 nəfər təşkil edib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB