Türkiyənin Botaş şirkəti Azərbaycandan qaz tədarükü üçün 15 illik müqavilə imzalayıb
Türkiyənin Energetika Nazirliyinin məlumatına görə , Türkiyənin neft və qaz şirkəti Botaş Azərbaycandan qaz tədarükü üçün 15 illik müqavilə imzalayıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Bakı Enerji Forumu çərçivəsində Botaş, Socar, TotalEnergies və ADNOC arasında təbii qaz tədarükü ilə bağlı yeni 15 illik müqavilə imzalanıb. İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib", - deyə bəyanatda bildirilir. Saziş
"Abşeron yatağında hasilata yeni investisiyaların bir hissəsi olaraq 2029-cu ildən başlayaraq Türkiyəyə ümumilikdə 33 milyard kubmetr təbii qaz tədarükünü" nəzərdə tutur. Nazirlik həmçinin qeyd edib ki, mövcud müqavilə "Türkiyənin enerji sektorunda aparıcı ölkə olmaq istəklərini dəstəkləyən strateji addımdır". Sazişlər "Türkiyə, region və Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB