İran prezidenti Məsud Pezaşkianın istefa verməsi ilə bağlı iddialar beynəlxalq mətbuatda ajiotaj yaratdı. Lakin prezident mənbələri və dövlət mediası bu məlumatları təkzib edib. Pezeşkianın müşavirləri ilə görüşünün görüntüləri yayımlansa da, onun vəzifədə qalacağı mesajı çatdırılıb. Bu iddiaların vaxtı diqqətəlayiqdir, çünki İranla ABŞ arasında davam edən kövrək atəşkəs və ölkə daxilində siyasi gərginliyin artdığı bir dövrə təsadüf edir.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İran prezidenti Məsud Pezeşkianın istefa verməsi xəbəri ölkənin başlıqlarına hakim olub. Bəzi xarici media orqanları islahatçı liderin İnqilab Keşikçilərinin dövlət idarəçiliyində artan təsirindən narahat olduğunu və istefa ərizəsini Ali Lider Ayətullah Əli Xameneinin ofisinə təqdim etdiyini iddia edib.
Lakin prezident dairələri və dövlət tərəfindən dəstəklənən media orqanları bu iddiaların həqiqətə uyğun olmadığını bildiriblər.
Onun istefası ilə bağlı şayiələrdən sonra İran prezidentliyi yeni görüntülər yayımladı. Görüntülərdə 71 yaşlı Pezeşkianın müşavirləri ilə görüşə sədrlik etdiyi görünür.
Keçmiş ürək cərrahı olan Pezeşkian görüşdə İranın üzləşdiyi problemlərə baxmayaraq, ölkənin inkişafı və rifahı üçün çalışmağa davam edəcəklərini vurğuladı. İslahatçı lider iqtisadi çətinliklərin aradan qaldırılması və ölkənin gücünün bərpası üçün səylərin davam etdiriləcəyi mesajını çatdırdı.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB