"Fənərbaxça" prezidentliyinə namizəd Hakan Safinin Merih Demiralın agenti ilə transfer danışıqları apardığı və Robert Levandovskiyə rəsmi təklif verdiyi iddia edilib. Həmçinin, Safinin transfer siyahısında Meyson Qrinvud və Serhou Girassinin də olduğu bildirilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Fənərbaxça" prezidentliyinə namizəd Hakan Safi seçkilərdən əvvəl transfer işlərini sürətləndirib. İddialara görə, Safi milli komandanın müdafiəçisi Merih Demiralın agenti ilə görüşüb və dünyaca məşhur hücumçu Robert Levandovskiyə rəsmi təklif verib.
"Fənərbaxça"da prezidentlik uğrunda mübarizə davam edərkən, Hakan Safinin transfer işlərini davam etdirdiyi bildirilir. Sercan Hamzaoğlunun məlumatına görə, Safi milli komandanın oyunçusu və "Əl Əhli"də oynayan Merih Demiralın agenti ilə də görüş keçirib .
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB