“Alaska Buş Xalqı" serialının ulduzu Mett Braunun cəsədi Vaşinqton ştatındakı çayda tapılıb

"Alaska Buş Xalqı" serialının ulduzu Mett Braunun cəsədi Vaşinqton ştatındakı çayda tapılıb

Vaşinqton ştatındakı çaydan çıxarılan cəsədin "Alaska Buş Xalqı" serialının aktyor heyətinin üzvü Mett Brauna aid olduğu müəyyən edilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə görə, Okanoqan Şerif Ofisi bildirib ki, cəsəd şənbə günü Okanoqan çayında xüsusi axtarış qrupu tərəfindən aşkar edilib və sonradan məhkəmə-tibbi ekspetiza tərəfindən cəsədin Mett Brauna aid olduğu müəyyən edilib.

Şerif ofisinin bazar günü yaydığı açıqlamada bildirilib ki, ölümün səbəbi və şəraiti məhkəmə-tibbi ekspert tərəfindən müəyyən ediləcək. Qurum həmçinin Braun ailəsinə başsağlığı verib.

Braunun qardaşları Noah və Bear Brown təsdiqlənmiş sosial media hesablarında qardaşlarının vaxtsız ölümü ilə bağlı emosional paylaşımlar ediblər. Noah bildirib ki, Braunun cəsədi sudan çıxarılan zaman o da hadisə yerində olub.

Noah İnstaqram hesabında yazıb: "Mən onu Metyu kimi tanıyırdım. Böyük qardaşım Metyu Braun vəfat edib."

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə