Acun Ilıcalının sahibi olduğu "Hull City", Premyer Liqaya yüksəldikdən sonra yayım hüquqlarından, reklam gəlirlərindən və iştirak haqlarından 300 milyon avro qazanıb. Diqqət hazırda yeni mövsüm üçün transferlərə yönəlsə də, Acun Ilıcalının ilk hədəfinin komandanın keçmiş oyunçusu və "Vest Hem"lə aşağı liqaya düşən Jarrod Bowen olduğu bildirilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Premyer Liqaya yüksəlməsi ilə "Hull City"nin qazancı yayım hüquqları, sponsorluq müqavilələri, reklam gəlirləri və böyük "giriş haqqı" vasitəsilə təxminən 300 milyon avroya çatdı. Bu tarixi nailiyyət və böyük büdcə klubun transfer siyasətini tamamilə dəyişdirdi. İngilis mətbuatının və türk futbol azarkeşlərinin diqqəti artıq Acun Ilıcalının yeni mövsüm üçün atacağı addımlardadır.
Britaniya mətbuatında yer alan xəbərlərə görə, gələn mövsüm Premyer Liqada yerini təmin etməyi və yüksək yerlər uğrunda mübarizə aparmağı hədəfləyən Acun Ilıcalı, azarkeşləri həyəcanlandıracaq transfer siyahısının əvvəlinə bir ad əlavə edib. Məlum olub ki, "Hull City"nin əsas hədəfi keçmiş ulduz oyunçusu Jarrod Bowendir. 2014-2020-ci illər arasında "Hull City"də oynayan və performansı ilə klubun əfsanələrindən birinə çevrilən Bowen daha sonra "West Ham United"ə transfer olub.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB