Dağıstan kəndləri Yerin altına qərq olur...

Güclü yağışlardan sonra torpaq sürüşmələri 15 kəndin xarici dünya ilə əlaqəsini kəsib...

...Mart ayının sonundan bəri Dağıstanda davam edən leysan yağışlar səbəbindən respublika ərazisində kütləvi şəkildə torpaq sürüşmələri baş verir.

Nəticədə, bütöv kəndlər sözün əsl mənasında uçuruma sürüşür, yüzlərlə ev dağılıb və minlərlə insan təhlükə altındadır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ən pis vəziyyət Daxadaevski rayonunun Urkarax kəndində yaranıb. Burada torpaq sürüşmələri ən azı 17 yaşayış binasını tamamilə dağıdıb, yüzə yaxın insan isə ciddi ziyan görüb. Hazırda sürətli təxliyə sayəsində heç bir itki qeydə alınmayıb - təxminən 200 nəfər təhlükəli zonadan xilas edilib.

Sakinlər bağlarının və tərəvəz sahələrinin 100 metr dərinliyə çökdüyünü və evlərinin kart kimi uçduğunu bildirirlər. Hakimiyyət orqanları artıq ərazinin yaşayış üçün təhlükəli hesab edildiyi üçün bu ərazidə evləri yenidən tikməyəcəklərini açıqlayıblar.

Evlərin dağılması ilə yanaşı, torpaq sürüşmələri əsas yolları da bağlayıb.

22 aprel tarixinə olan məlumata görə, 15 kənd xarici aləmdən tamamilə təcrid olunub: Çarodinski rayonunda yeddi, Tlyaratinski rayonunda altı və Daxadayevski rayonunda iki kənd...

Dərbənd və Tsumadinski rayonlarında üç mindən çox insan kommunal xətlərin zədələnməsi səbəbindən qazsız qalıb. Fəlakətin əsas səbəbi anormal yağışlar olub ki, bu da torpağın həddindən artıq doymasına və qaya formasiyalarının yerdəyişməsinə səbəb olub.

Vəziyyət ehtiyatsız tikinti və kommunal strukturların pis vəziyyəti ilə daha da ağırlaşır.

Fövqəladə vəziyyət elan edilib və Dağıstan rəhbəri Sergey Melikov vəziyyəti şəxsən nəzarətdə saxlayır.

Zərərçəkənlərə kömək etmək üçün xüsusi hesablara artıq təxminən 1 milyard rubl toplanıb - bu vəsait kompensasiya və yeni mənzil tikintisi üçün istifadə olunacaq.

Könüllülər əlaqə kəsilmiş kəndlərə su, ərzaq və dərman çatdırır, Fövqəladə Hallar Nazirliyi isə yuyulmuş çayların keçidini və zibillərin təmizlənməsini təşkil edir. Səlahiyyətlilər, təsirlənən heç kimin evsiz qalmayacağını və hazırda əsas prioritetin evləri uçmaq üzrə olanların köçürülməsi üçün təhlükəsiz yerlər tapmaq olduğunu bildirirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə