Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) BBC telekanalının yaydığı məlumatlarla bağlı araşdırmaya başlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb. Bildirilir ki, araşdırmanın məqsədi BBC-nin istifadə etdiyi müsahibələrin hansı məlumatlara əsaslandığını, şəxslərin hansı faktlara istinad etdiyini və bu məlumatların aktuallığını və etibarlılıq dərəcəsini ətraflı şəkildə müəyyən etməkdir.
Məlumatda deyilir ki, yayımlanmış materialda vətəndaşların həyatı və sağlamlığına qarşı yönəlmiş, onların və cəmiyyətin qanuni maraqlarını əhəmiyyətli dərəcədə pozan cinayət əlamətlərinin olduğu faktı artıq müəyyən edilib. Eyni zamanda, Gürcüstanın milli maraqlarına, beynəlxalq imicinə və nüfuzuna ciddi ziyan vuran və dövlət maraqlarına zərər vurmağa yönəlmiş cinayət əlamətlərinin olduğu aşkar edilib.
DTX araşdırmanın bütün istiqamətlərdə davam edəcəyini və ictimaiyyətə nəticələr barədə vaxtaşırı ətraflı məlumatın veriləcəyini bildirib.
Qeyd edək ki, BBC-nin süjetində ötən il Tbilisidə keçirilmiş aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərləyici maddələrdən istifadə olunduğu iddia edilib.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası telekanalı böhtana görə beynəlxalq məhkəməyə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB