Husilərin gəmiyə hücumundan sonra rusun əzaları amputasiya edilib...

Qırmızı dənizdə Liberiya bayrağı altında üzən Yunanıstana məxsus Eternity C ticarət gəmisinə husilərin hücumu nəticəsində Rusiya vətəndaşı və digər bir nəfər yaralanıb.

SİA-xəbər verir ki, bu barədə Yunanıstanın ERT NEWS nəşri məlumat yayıb.

Qeyd olunur ki, rusiyalının üzvü amputasiya edilib. İki qurbandan başqa, daha üç nəfər həyati ilə bir araya sığmayan xəsarətlər alıb.

Gəminin özü ciddi zədələnib və indi hərəkət edə bilmir. Nəşrin məlumatına görə, Avropa Birliyinin Yaxın Şərqdəki hərbi dəniz qüvvələri həm hücum, həm də itkilər barədə məlumatı təsdiqləyib.

...”Ənsar Allah” üsyançı hərəkatından olan husilər Eternity C-ni hər tərəfdən mühasirəyə alıb və ona pilotsuz təyyarələrlə hücum ediblər.

Hücum bir neçə saat davam edib.

İyulun 7-də İsrailin müdafiə naziri İsrael Katz ölkənin müdafiə qüvvələrinin “Ənsar Allah”a qarşı yeni hərbi əməliyyata başladığını açıqlayıb.

Onun sözlərinə görə, “Qara Bayraq” əməliyyatı çərçivəsində Hudeydə, Əs-Salif və Ras İsa limanlarına, Ras Katib elektrik stansiyasına və husilər tərəfindən təxminən iki il əvvəl ələ keçirilən və hazırda Qırmızı dənizdə terror fəaliyyətləri üçün istifadə edilən “Qalaksi Lider” gəmisinə güclü zərbələr endirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə