Fransada 933 uçuş ləğv edilib

Hava nəqliyyatı dispetçerlərinin tətilinin ilk günündə Fransada 933 uçuş ləğv edilib. SİA xəbər verir ki, bu barədə Mülki Aviasiya İdarəsi məlumat verib. Avropa Hava Yolları Assosiasiyası davam edəcək bu tətili dözülməz hesab edir. Ölkə daxilində təyyarə uçuşlarında xaos yaranıb. Etirazda 272 dispetçer iştirak edir.

Avropanın əsas hava yolları assosiasiyası “Airlines for Europe” (A4E) etirazın təxminən 300 min sərnişinə təsir edəcəyini proqnozlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə