...Çexov adına Moskva İncəsənət Teatrının binasında qadın meyiti tapılıb.
SİA xəbər verir ki, mk.ru saytının məlumatına görə, qadının 62 yaşı var və rekvizit meneceri işləyib.
Mənbənin sözlərinə görə, rekvizit şöbəsinin növbə rəisinin meyiti iyunun 19-da səhər saatlarında aşkar edilib.
Qadın saat 10 radələrində rekvizit anbarında aşkar edilib. İlkin məlumata görə, ölüm iyunun 18-i axşam saatlarında baş verə bilər.
Hadisə baş verən gün axşam saat 22:00 radələrində tamaşalar bitib.
Şoudan sonra adətən yarım saat təmizlik olur.
Həmkarları qadının paltar dəyişdirərkən xəstələndiyini ehtimal edir. Qeyd olunur ki, zərərçəkmiş bir müddət əvvəl ürək-damar sistemindəki problemlərdən müalicə alıb.
Onun 30 ildən artıq teatrda çalışdığı məlumdur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə