“United Airlines” iyunun 5-dən Təl-Əvivə uçuşları bərpa edəcək

ABŞ-nin “United Airlines” aviaşirkəti iyunun 5-dən Nyu-Yorkdan Təl-Əvivə uçuşları bərpa edəcək. SİA “Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında bildirilib.

Qeyd olunub ki, bu qərar vəziyyətin ətraflı qiymətləndirilməsi, həmçinin bort bələdçiləri və pilotların maraqlarını təmsil edən həmkarlar ittifaqları ilə sıx əməkdaşlıqdan sonra qəbul edilib.

“United Airlines” Nyu-Yorkun Nyuark hava limanı ilə Təl-Əvivin Ben-Qurion hava limanı arasında uçuşları mayın 4-də dayandırmışdı. Buna səbəb Yəməndən atılan ballistik raketin İsrailin əsas hava limanı ərazisinə düşməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə