Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən 23 Mart Hərəkatının (M23) üsyançıları Cənubi Kivu əyalətinin Lvanquku şəhərini ələ keçiriblər. SİA xəbər verir ki, bu barədə Actualite portalı məlumat yayıb. Mövcud məlumata görə, Cənubi Kivu əyalətinin inzibati mərkəzi Bukavu şəhərindən 50 kilometr aralıda yerləşən Lvanquku bir günlük döyüşdən sonra hökumət qoşunları və onların müttəfiqləri Vazalendo milisləri tərəfindən tərk edilib. Hazırda üsyançılar Lvanquku şəhərinin mərkəzi hissəsini işğal ediblər və qanlı döyüşlər davam edir.

Xatırladaq ki, yanvarın 27-də M23 qrupu DRC-nin Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərinin tutulduğunu bildirdi . Üsyançıların lideri Kornel Nanqunun sözlərinə görə, şəhər yanvarın 26-da alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə