ABŞ Prezidenti Donald Tramp Meksika məhsullarına tətbiq edəcəyi 25 faizlik tarifi aprelin 2-nə kimi təxirə salıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, Meksika Prezidenti Klaudiya Şeynbaumla danışıqlar zamanı belə razılığa gəldiklərini açıqlayıb.
“Mən bunu prezident Şeynbauma hörmət olaraq etdim. Biz sərhəddə həm qeyri-qanuni əcnəbilərin Birləşmiş Ştatlara daxil olmasının qarşısını almaq, həm də fentanil maddəsinin daşınmasını dayandırmaq baxımından birlikdə çox çalışırıq”, - deyə Tramp bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə