Tramp Britaniya Baş nazirini müdafiə xərclərini ikiqat artırmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Baş naziri Kir Starmerin müdafiə xərclərini 2,5 faizə yüksəltmək vədinə baxmayaraq, ölkənin bu sahəyə ayırdığı vəsaiti ikiqat artırmasını istəyib. SİA “The Independent”ə istinadla xəbər verir ki, Ağ evdən verilən məlumata görə, D.Tramp Kir Starmerin müdafiə xərclərini artırmaq qərarından çox məmnun qalıb, lakin yenə də NATO müttəfiqlərini müdafiə büdcələrini 5 faizə yüksəltməyə çağırıb.

Baş nazir K.Starmer Vaşinqtonda, Ağ ev və Dauninq Strit arasında indiyə qədər keçirilmiş ən vacib görüşlərdən birində iştirak edir. Onun ABŞ-dan Ukrayna üçün dəstək mexanizmi tələb edəcəyi gözlənilir.

Starmerin ÜDM-də müdafiə xərclərinin 2,3 faizdən 2,5 faizə qaldırılması qərarı da bu çərçivədə Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməyə hazır olduğunu göstərmək məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə