İngiltərədə səhiyyə xidmətinin rəhbəri istefa verib

İngiltərədə Milli Səhiyyə Xidmətinin (NHS) ilk qadın baş icraçı direktoru olan Amanda Pritçard vəzifəsindən istefa verib. SİA “BBC”yə istinadla xəbər verir ki, o, açıqlamasında bunun son dərəcə çətin bir qərar olduğunu bildirib. Onun istefası Baş nazir Kir Starmerin “NHS”də böyük dəyişikliklər və iri struktur islahatları aparacağını elan etməsindən, həmçinin İcmalar Palatasının iki nüfuzlu komitəsinin Amanda Pritçardın rəhbərlik üçün uyğunluğu barədə müzakirə aparmasından sonra baş verib.

Amanda Pritçard 2021-ci ildə bu vəzifəyə təyin edilib və COVID pandemiyasına qarşı rəsmi cavab tədbirlərində əsas rollardan birini oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə